AZ

Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 099,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım deməkdir.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM-in strukturunda 36,2 faiz sənayenin, 9,9 faiz ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,0 faiz nəqliyyat və anbar təsərrüfatının, 6,2 faiz tikintinin, 4,0 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,8 faiz turizm və ictimai iaşənin, 1,8 faiz informasiya və rabitə sahələrinin payına düşüb. Digər sahələr ÜDM-in 21,7 faizini, məhsula və idxala xalis vergilər isə 10,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 4 min 896,1 manata bərabər olub.

Seçilən
36
fed.az

1Mənbələr