AZ

Ciddi kombinasiyalı hücum

İsrailin İrana hərbi zərbəsindən öncə çəkildiyi bildirilən bu foto hərbi aviasiya sahəsində maraq doğuran ciddi detallarla zəngindir.

Fotoda İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-16I” “Sufa” tipli qırıcı-bombardmançı təyyarələr əks olunub. Hərbi təhlilçilərin diqqətini çəkən ilk məqam təyyarələrin tam yanacaq çənləri ilə təchiz olunmasıdır. Bu, onların uzaq məsafəli uçuş üçün hazırlandığını göstərir ki, bu da İrana mümkün hava zərbəsi ssenarisində məntiqli görünür.

Təyyarələrin silahlanmasına gəldikdə isə, hər birinin qanadları altında 8 ədəd GBU-39 tipli SDB (Small Diameter Bomb) – yəni yüksək dəqiqlikli “süzən” bomba və əlavə olaraq 2 ədəd AIM-120B AMRAAM tipli hava-hava raketi müşahidə olunur. GBU-39 bombaları yüksək dəqiqliyi və nisbətən kiçik çəkisi ilə tanınır, bu da onların bir təyyarəyə daha çox sayda yerləşdirilməsinə imkan verir. AMRAAM raketləri isə hava üstünlüyünü qorumaq üçün nəzərdə tutulur.

Ümumilikdə, kadrlarda əks olunan altı təyyarədə toplam 48 ədəd GBU-39 bombasının yerləşdirildiyi görünür. Bu, lokal deyil, ciddi və koordinasiyalı bir hücum ehtimalını gündəmə gətirir.

Fotodakı kompozisiya və texniki təchizat İsrailin əməliyyatın logistik və taktiki tərəflərini öncədən dəqiqliklə planlaşdırdığını göstərir. Təyyarələrin bu şəkildə silahlandırılması, həm strateji hədəflərə qarşı zərbə endirmə imkanını, həm də havada qarşılaşa biləcək təhlükələrə qarşı müdafiəni təmin edir.

Seçilən
43
vaxt.az

1Mənbələr