AZ

Yarım milyard manatlıq cinayət işi: sənədlər açıqlandı, əmlakların üzərindən həbsin götürülməsi tələb olundu - MƏHKƏMƏ

BAKI, 13 iyun. TELEQRAF

Yarım milyard manatlıq vəsaitin leqallaşdırılması və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Sənədlərə görə, təqsirləndirilən şəxslərin sısm yazışmaları və digər sənədlər açıqlanıb.

Təqsirləndirilən İkram Qasımovun vəkili Vüqar Əliyev işdə olan SMS məlumatlarının elan olunmasını istəyib.
Daha sonra digər yazışmalar elan olunub. Həmin yanaşmalardan məlum olub ki, onlar aralarında olan razılaşmalar dan danışıblar, alış-veriş etmələri barədə nə qədər pul almalarını göstərilib.
Vəkil Kamandar Nəsibov da müdafiə etdiyi təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsini istəyib.
Vüqar Əliyev isə bildirib ki, bu böyüklükdə ildə audit yoxlaması 4 səhifədən ibarət hesablanıb.
Kamandar Nəsibov bildirib ki, ekspertin barəsində xüsusi qərardadın çıxarılmasını tələb edəcəklər. Onun sözlərinə görə, onun verdiyi rəy uydurma əsaslarla çıxarılıb.
Daha sonra bir neçə vəsatət müzakirə olunub. Həmin xəsarətlərdən biri əmtəsünaslıq ekspertizanın keçirilməsidir. Vəkillər əvvəlki ekspertiza rəyləri ilə razı olmadıqlarını deyiblər.
Digər vəkil isə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən Cavid Əzizovun əmlakların üzərindən həbsin götürülməsini istəyib. Bildirib ki, müvəkkilin daşınan və daşınmayan əmlaklarının üzərinə Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qoyulub. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində əmlak müsadirəsi çıxarılıb, buna görə də əmlak müsadirə olunması ilə bağlı əmlakın üzərinə həbs qoyulması düzgün deyil.
Vəkil həmçinin bildirib ki, müstəntiq əmlakların üzərinə həbs qoyulması barədə sənəd təqdim edən zaman həmin əmlakların cinayət yolu ilə əldə olunub-olunmamasını araşdırmayıb. Onun sözlərinə görə, həmçinin Cavid Əzizovun qohumlarının da adına olan əmlakların üzərinə həbs qoyulub. Vəkil əlavə edib ki, həm prokuror, həm də müstəntiq əmlakların nə vaxt əldə edilməsi, hansı pulla alınması barədə araşdırma aparmayıb. O, həmin əmlakların üzərindən həbsin götürülməsini, əmlak sahiblərinin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib.
Vısatətlərə münasibət bildirən dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını tələb edib.
Daha sonra hakimlər müşavirə keçirərək qərar elan ediblər. Qərara görə, vəsatətlər təmin olunmayıb.
Növbəti proses İyulun 25-də davam edəcək.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Seçilən
2
teleqraf.com

1Mənbələr