AZ

Netanyahu o qeydi ilə İrana hücuma işarə edibmiş

İsrail İrana zərbə endirməzdən əvvəl Baş nazir Benyamin Netanyahu hücumə işarə edən səfər gerçəkləşdirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Netanyahiu ötən gün Qüdsdəki "Ağlama divarı"nı (Qüdsdəki yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarı) ziyarət edib.

Baş nazir burada olarkən divara “Dişi aslan kimi ayağa qalxan, aslan kimi özünü ucaldan bir xalq” sözlərinin yazıldığı qeyd yazıb. 

Netanyahu hücumdan sonra İrana qarşı hərbi əməliyyatın adını “Ucalan aslan” olduğunu açıqlayıb.

Bu da Netanyahunun hücumun siqnalını əvvəldən verməsi kimi şərh edilib.

Qeyd edək ki, İsrail ordusu qırıcılarla İrana zərbələr endirib. Hücuma səbəb kimi isə İranın nüvə silahına yiylənməsinə çox yaxın olması göstərilib. Netanyahu deyib ki, bu, təhdid təşkil edir və vətəndaşlarını qorumaq üçün lazım olan hər yerə hücum edəcək.

İsraildə vəziyyətlə əlaqədar fövqəladə hal rejimi elan edilib.

İsrailin İrana hücumları zamanı Baş Qərargah rəisi Məhəmməd Baqiri SEPAH komandiri Hüseyn Salami, SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi, İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid, İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani öldürülüb.

Tasnimin yazdığına görə, hücumlarda həmçinin Əbdülhəmid Mənuçehr, Əhmed Rıza Zülfiqari, Əmir Hüseyin Fiqhi, Motlabizadə, Muhammed Mehdi Tehrançi kimi nüvə alimləri də ölüb.

Alimlərdən Fereydun Abbasinin 2010-cu ildə İsrailin sui-qəsdinə məruz qaldığı, lakin yaralandığı bildirilir. Muhammed Mehdi Tehrançinin isə İslam Azad Universitetinin reektoru olduğu deyilir.

İranın cavab olaraq son bir neçə saatda israilə 100-dən çox PUA göndərdiyi qeyd edilir.

Billurə Yunus

Seçilən
42
olke.az

1Mənbələr