İranın İsrailə doğru buraxdığı bütün pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.
Bakıvaxtı.az “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"İsrail ordusu İranın bütün PUA-larını uğurla zərərsizləşdirib", - IDF-dən bildirilib.
Daha əvvəl İranın son bir neçə saat ərzində İsrailə doğru 100-dən çox PUA buraxdığı bildirilmişdi.