AZ

Sahil Babayev: “Təhsilə ayrılan xərclər beynəlxalq normativlərə yaxındır”

“Milli Məclisdə büdcə müzakirələri zamanı qaldırılan məsələlərdən biri də elm və təhsil xərclərinin ÜDM-də çəkisi ilə bağlıdır. Bizim 2024-cü ildə büdcəmizdə təhsil və elm xərcləri üzrə cəmi 4,8 milyon manat olmaqla ÜDM-in təqribən 3,8 faizində məbləğ proqnozlaşdırılmışdır. Bu, beynəlxalq normativlərə kifayət qədər yaxındır. Əksər ölkələrdə elm və təhsil xərcləri ÜDM-un 3 faizi ilə 5 faizi arasında proqnozlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyasının iyunun 13-də keçirilən iclasında deyib.

Nazir bildirib ki, elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb:

“Nəzərə almalıyıq ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsinin fərqli bölmələrində təsnifləşdirilir. Bu da ümumi mənzərənin formalaşdırılmasında müəyyən qədər çətinlik yaradır. Ona görə də elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlərə başlamışıq”.

Günay Şahmar, Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr