“Napoli” “Udineze”nin hücumçusu Lorenzo Lukanın transferi ilə bağlı müqaviləni tamamlamaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı italiyalı ilə müqavilənin şəxsi şərtləri razılaşdırılıb və “Udineze” ilə razılaşmaq qalır. Gələn həftə A seriyası klublarının nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır.
2024/25 mövsümündə Luka “Udineze”nin heyətində 36 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Transfermarkt portalı futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.