AZ

Bakıda yaşayış sahəsində yanğın başlayıb – Video

Bakı şəhərinin Yasamal rayonu, Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış sahəsində yanğın başlayıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub. Əməkdaşlar alovun genişlənməsinin qarşısını almaq üçün operativ tədbirlər həyata keçirirlər.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Ərazi nəzarətə götürülüb, aidiyyəti qurumlar hadisənin dəqiq səbəblərini müəyyənləşdirməyə çalışırlar.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
5
1
musavat.com

2Mənbələr