AZ

Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın

Bakı. Trend:

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfərisiyasi hadisə yox, bivec mətnli əyalət tamaşası təəssüratı yaratdı.“Demokratik islahatlara dəstək”, “sülhməramlı icmalarındavamlılığına töhfə”, "Ermənistanla Azərbaycan arasında sülhsazişinin imzalanmasına çağırış" kimi bəyanatlar artıq çoxdanmənasını itirmiş, inandırıcılıqdan məhrum olmuş nimdaş, klişediplomatik ifadələrə çevrilib.

Bu, real diplomatiya yox, dekorasiyalara inamını itirmişaktyorların rol aldığı yorucu siyasi səhnədir.

Əslində belə səfərlər Avropanın bölgəyə marağının göstəricisideyil, onun institusional acizliyinin rəsmi təsdiqidir. İdeolojiziddiyyətlər və daxili siyasi dağınıqlıq içində boğulan Ermənistan,Qərb strukturları ilə əlaqələri yalnız maliyyə mənbəyi və xaricisiyasi sipər kimi dəyərləndirir. Əvəzində rəsmi Brüssel regiondagetdikcə zəifləyən təsir imkanları fonunda sadəcə vasitəçiimitasiyası və özünün geosiyasi aktuallığını qorumağa yönəlmişillüziya əldə edir.

Avropa Şurası Ermənistanın islahatlarını alqışlasa da, əslindəölkədə dövlət institutlarının dağılması prosesi gedir. Baş nazirNikol Paşinyan Erməni Apostol Kilsəsinə (EAK) və müxalifətə qarşıdaxili mübarizə ilə məşğuldur. O, nə aydın gündəm təqdim edə bilir,nə də Azərbaycanla nizamlama istiqamətində hansısa öhdəlik götürməkniyyətindədir. İrəvan tez-tez “sülhə hazırlıq” bəyanatlarısəsləndirsə də, real kompromisə doğru heç bir addım atmır.

Əsas maneə Ermənistanın Konstitusiyasıdır - burada hələ dəAzərbaycana qarşı ərazi iddiaları qorunub saxlanılır. Paşinyanpopulizm və praqmatizm arasında manevr edərək, bəzəndəyişikliklərin zəruriliyini etiraf edir, bəzənsə daxili qüvvələrintəzyiqi ilə geri çəkilir. Bu hüquqi ziddiyyət sülh danışıqlarınımənasız və real nəticədən uzaq edir.

Əgər doğrudan da Avropa Şurası Cənubi Qafqazda sabitlikistəyirsə, niyə İrəvanla dialoq gündəmində ErmənistanınKonstitusiyasındakı sülhə mane olan müddəaların dəyişdirilməsiməsələsi yer almır?

Niyə heç bir dəfə Ermənistanın silahlanması və yeni hərbitexnika alması, yəni danışıqlar ruhuna zidd hərəkətləri barədə sərtmövqe bildirməyib?

Cavab aydındır: Avropaya tez həll olunmuş münaqişə lazım deyil.Onun üçün idarə olunan və davam edən bir qarşıdurma gərəkdir - bu,ona arbitrlik rolu oynamağa imkan verir. Qarışıq və qeyri-sabit“status-kvo” şəraitində Brüssel bölgədə minimal xərclə - nə siyasi,nə maliyyə baxımından - iştirakını qoruyub saxlayır.

Nikol Paşinyan isə “islahatçı dövlət” obrazını Qərbə sataraqresurs qazanmağa çalışır. 2023–2026-cı illər üzrə Avropa ŞurasınınErmənistan üçün hazırladığı və 19 milyon avro dəyərində olanFəaliyyət Planı demokratiyaya investisiya deyil - sadəcə sədaqətəgörə verilən güzəşt və imtiyazdır. Bu məbləğ uğrunda İrəvanistənilən ritorikanı səsləndirməyə hazırdır - əsas odur ki,görünüşdə “dayanıqlı inkişaf” təsiri yaransın.

Ermənistan artıq uzun müddətdir ki, “islahatlar” pərdəsi altındadövlətçiliyin imitasiyasına, hüquqi arxaikliyin qorunmasına vəinstitutların sistemli aşınmasına meydan verən bir platformayaçevrilib. Paşinyan və onun xarici himayədarları üçün əlverişli olanbu modeldə forma məzmuna, bəyanatlar real addımlara, səfərlər isəyalnız imic təmirinə xidmət edir.

Formal islahat ritorikasına baxmayaraq, Ermənistanda faktikiolaraq avtoritar hakimiyyət konsolidasiyası gedir. 2018-ci ildənbəri Paşinyan idarəçiliyin bütün əsas alətlərini öz əlindəcəmləşdirib və əvəzində hakimiyyət bölgüsünü təmin edəninstitutları məqsədli şəkildə zəiflədir.

Demokratiya və Seçki Yardımı üzrə Beynəlxalq İnstitutun (IDEA)məlumatına görə, Ermənistan 2022-ci ildən bəri yenidən “demokratiyaeroziyası yaşayan ölkələr” kateqoriyasına daxil edilib. Səbəblərarasında məhkəmə sisteminə təzyiqlər, parlamentə icrahakimiyyətinin təsir imkanlarının artması və müxalifətə qarşırepressiv praktikalardır.

2023-cü ildə hökumət “Ermənistan” və “Tsarukyan” bloklarınınnümayəndələri daxil olmaqla bir sıra müxalif liderlərə qarşı təqibkampaniyasına başlayıb. 2024-cü ilin yanvarında isə Konstitusiyanındəyişdirilməsi və Azərbaycanla sərhədin müəyyənləşdirilməsinəetiraz edən 25-dən çox dinc fəal saxlanılıb və dindirməyə cəlbedilib. "Human Rights Watch" və "Amnesty International" Ermənistanhakimiyyətinin sərbəst toplaşmaq azadlığını sistematik şəkildəpozduğunu və müstəqil məhkəmə sisteminin əslində olmadığını bəyanediblər.

Nikol Paşinyan faktiki olaraq icra, qanunverici və geniş mənadaməhkəmə hakimiyyətini öz nəzarəti altına alıb. 2020-ci ildəkeçirilən təmizləmələrdən sonra Konstitusiya Məhkəməsi tam şəkildəiqtidarın nəzarətinə keçib. "Freedom House" təşkilatı 2024-cü ilhesabatında qeyd edir ki, Ermənistan demokratiya sahəsində davamlıirəliləyiş göstərmir və “hakimiyyət institutlarının alətəçevrilməsi daha da sistematik xarakter alır”.

Bu reallıqda Avropa Şurası baş katibinin İrəvana səfəri sülhün,sabitliyin və demokratik dəyərlərin təşviqi yox, sadəcə siyasisəhnənin dekorasiyasıdır. Həqiqi sülhə deyil, simulyasiya olunmuşproseslərə xidmət edən, dəyərsizləşmiş və təkrarlanan Avropamizan-səhnəsi.

Paşinyanın pafoslu bəyanatlarında tez-tez vurğulanan “qəbul edənicmaların davamlılığı” və “insan hüquqları təşəbbüsləri” reallıqdaErmənistanın nə məcburi köçkünlərin inteqrasiyasına dair milliproqramı, nə də uyğun infrastrukturunun olduğunu ört-basdır edəbilmir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2023-cüil hesabatına əsasən, İrəvan 2020-ci ildən sonra humanitar missiyailə bağlı səsləndirdiyi iddialara baxmayaraq, nə qaçqınlarınqəbulu, nə də onların sosial adaptasiyası üzrə konkret plan təqdimedib.

Üstəlik, son üç il ərzində Ermənistan hakimiyyəti nə daxiliməcburi köçkünlər, nə də qaçqınlar üçün sosial dəstək sistemininyaradılmasına məqsədyönlü büdcə ayırmayıb.

Əslində isə hətta ən sadə humanitar təşəbbüslər belə yalnızbeynəlxalq maliyyə və xarici təşkilatların nəzarəti ilə həyatakeçirilir. Buna nümunə kimi Avropa İttifaqının maliyyələşdirdiyi vəinsan hüquqlarının pozulması hallarını monitorinq edən QHT-lərə 2,5milyon avro ayırdığı “EU4HumanRights” layihəsini göstərməkolar.

Fəqət proqramın 2024-cü ilin dekabrında dərc olunmuş illikhesabatında qeyd olunur ki, Ermənistanın dövlət orqanları təqdimolunmuş məlumatlardan istifadə etmir və pozuntu hesabatlarınareaksiya vermir.

Avropa Şurası tərəfindən maliyyələşdirilən və 2023–2026-cıilləri əhatə edən “Ermənistan üçün Fəaliyyət Planı” ümumilikdə 19milyon avro büdcəyə malik olsa da, real islahat alətinə çevriləbilməyib.

Avropa Şurasının 2025-ci ilin aprelində yayımladığı daxiliicmalına əsasən, bu plan çərçivəsində nəzərdə tutulan 36 tədbirdəncəmi 9-u qismən həyata keçirilib və onlardan da əksəriyyəti millinazirliklərin adekvat iştirakı olmadan baş tutub. Qalan təşəbbüslərisə ya sabotaj olunur, ya da yalnız hesabat konfransları və heç birinstitusional davamlılığı olmayan nəşrlərlə məhdudlaşır.

Bu şəkildə həyata keçirilən demokratiya imitasiyası ErmənistanlaAzərbaycan arasındakı danışıqlara da birbaşa təsir göstərir.

Paşinyan davamlı olaraq “sülhə hazırlıq” ritorikasından istifadəedir, lakin bunu konkret addımlarla müşayiət etmir. 2021-ci ildənbu yana İrəvan sülh müqaviləsini imzalamağa hazır olduğunu beş dəfəbəyan etsə də, hər dəfə ya “formulyarların kifayət qədərişlənməməsi”, ya da hökumətin özünün təşviq etdiyi daxili etirazlarbəhanəsi ilə bu prosesə əngəl yaradılıb.

Sülhün qarşısındakı əsas maneə isə 2025-ci ilin mayına olanvəziyyətə görə hələ də dəyişdirilməmiş Ermənistankonstitusiyasıdır.

Məzkur sənəddə “erməni xalqının birliyi” və “tarixi ədalətinbərpası” kimi ifadələr saxlanılır ki, bunlar da Azərbaycana qarşıərazi iddiaları kimi şərh olunur. Avropa İttifaqı, ATƏT və həttabəzi ABŞ rəsmiləri bu maddələrin dəyişdirilməsinə çağırsa da,Ermənistan rəhbərliyi bu tövsiyələri ardıcıl olaraq qulaqardınavurur.

Hətta 2025-ci ilin martında Nikol Paşinyan bəyan etdi ki,“Konstitusiyanın dəyişdirilməsi suverenlik məsələsidir”, bununla dabeynəlxalq tərəfdaşların konstruktivliyə dair çağırışlarınıtamamilə heçə endirdi.

Bütün bunlara baxmayaraq, Avropa hələ də Ermənistanı guya“islahatçı tərəfdaş” kimi dəstəkləməkdə davam edir. 2025-ci ilinmayında Alen Bersenin səfəri də bu tendensiyanın barizsübutudur.

Nə sülh prosesindəki ləngimələrə dair konkret mövqe, nəkonstitusion ziddiyyətlərə istinad, nə də müxalifətə qarşıtəqiblərin dayandırılması ilə bağlı bir tələb səsləndirildi. AvropaŞurasının baş katibi yalnız “sülh səylərinə dəstək” və “demokratikinkişafın əhəmiyyəti” kimi ümumi formullarla kifayətləndi.

Bu fonda isə Ermənistana paralel şəkildə silah tədarüküaçıq-aşkar absurda çevrilir. 2025-ci ilin yalnız ilk rübündəErmənistan Fransiyadan (155 milyon avro dəyərində) və Hindistandan(ikinci “Akash” zenit-raket komplekti) iki yeni hərbi texnikamüqaviləsi imzalayıb. Silah tədarükü ilə “sülh bəyanatları” yanaşıgedir və bu, Avropa strukturlarında heç bir reaksiya doğurmur. Budavranış yalnız ikili standartlarla deyil, həm də Aİ-nin regiondakonkret strateji xəttə malik olmaması ilə izah olunur.

Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını qorumağaçalışsa da, nə real siyasi kapitala, nə də effektiv təsirmexanizmlərinə sahibdir. Ermənistanın dəstəklənməsi - bu ölkəninRusiya və Türkiyənin təsirinə qarşı “dayaq nöqtəsi”nə çevrilməsiüçün edilən cəhdin bir hissəsidir. Bu isə bəzən Avropanın özprinsiplərindən imtina etməsi bahasına başa gəlir. Gerçəkləşməyənislahatları dəstəkləmək və təkzibolunmaz faktları görməzdən gəlmək- Avropanın İrəvana münasibətində əsas siyasətə çevrilib.

Avropa bu gün başqalarının qurduğu səhnədə sadəcə tamaşaçıyaçevrilib. Ermənistan isə - imitasiya, ambisiya və qorxu içindəbərqərar olmuş bir siyasi mozaikadır.

İmitasiya - çünki islahatlar yalnız kağız üzərindəmövcuddur.

Ambisiya - çünki Paşinyan hələ də hakimiyyətini xaricilegitimliklə qorumağa ümid edir.

Qorxu - çünki Azərbaycanla real normallaşma sadəcə bəyanatlardeyil, ağrılı institusional dəyişikliklər və tarixi ərazimiflərindən imtina tələb edir.

Brüssel hadisələrə göz yumduğu, İrəvan isə diplomatiyanı formalbəyanatlarla əvəz etdiyi müddətcə sülh prosesi dondurulmuşvəziyyətdə qalacaq. Avropa vasitəçi deyil, getdikcə siyasimistifikasiyanın iştirakçısına çevrilir və burada real məqam -bütün Cənubi Qafqazın təhlükəsizliyidir.

Azərbaycan üçün artıq getdikcə daha aydın görünür ki, İrəvan nəreal sülh sazişinə doğru hərəkət edə bilir, nə də belə bir niyyətnümayiş etdirir.

Formal bəyanatlar, təkrarlanan səfərlər, konkret addımlarınolmaması - bütün bunlar Bakının narazılığını artırır və danışıqlaraolan inamı dağıdır.

Əgər Avropa bu yersiz güzəşt və loyal siyasətindən imtinaetməzsə, regionda malik olduğu azsaylı təsir alətlərini dəbirdəfəlik itirəcək.

Ermənistan getdikcə siyasi şounun səhnəsinə çevrilir, burada isəAvropa institutları yalnız ikinci dərəcəli rollar oynayır vəprosesin məzmununa təsir edə bilmir. Paşinyan populizm və geosiyasiritorika arasında balans saxlamağa çalışdığı, Avropa isə hər şeyinplan üzrə getdiyinə özünü inandırdığı bir vaxtda, region artanqeyri-sabitliklə üz-üzə qalır.

Bu məzmunsuz “sülh pyesi”ndə Avropa Şurasının rolu - səhnədə başverənləri izləyən, lakin nəticəyə təsir göstərmək gücündə olmayantamaşaçı roludur.

Seçilən
10
5
az.trend.az

6Mənbələr