AZ

"Monako" Fatinin transferi üçün "Barselona" ilə razılığa gəlməyib

"Monako" Ansu Fatinin transferi ilə bağlı hələ ki, "Barselona" ilə razılıq əldə etməyib.

90deqiqe.Az-ın "Marca"ya istinadən yaydığı məlumata görə, Liqa 1 təmsilçisi 22 yaşlı hücumçunun satınalma opsionu ilə icarə əsasında heyətinə qatmaq üçün apardığı danışıqlar nəticəsiz qalıb.

Belə ki, “Monako”nun ilkin təklifi Kataloniya klubu tərəfindən rədd edilib.Danışıqlar davam edir və tərəflər hələ yekun razılıq mərhələsinə çatmayıb.

Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı ispaniyalı futbolçunun bazar dəyərini 5 milyon avro olaraq göstərir.

Ötən mövsümdə Ansu Fati baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında “Barselona”nın heyətində bütün turnirlər üzrə cəmi 11 oyunda iştirak edib.

Seçilən
31
90deqiqe.az

1Mənbələr