AZ

Deputat: "Adambaşına gömrük daxilolmalarımız ABŞ-yə nisbətən 2 dəfə çoxdur"

Azərbaycanda gömrük orqanlarının xətti ilə toplanılan vəsaitin adambaşına 660 ABŞ dolları olması hökuməti ciddi narahat etməlidir.

"Report" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar icasında bildirib.

"ABŞ-də adambaşına gömrük daxilolmaları Azərbaycanla müqayisədə təxminən 2 dəfə az - 300 dollardır. Bu, hökuməti ciddi düşündürməlidir ki, ölkənin idxalı niyə bu qədər çoxdur? Biz niyə istehsalla özümüz məşğul ola bilmirik? Xarici vıə yerli sahibkarlar niyə bizim gözlədiyimiz səviyyədə sərmayə yatırmırlar?", - deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, iqtisadi cinayətlərlə bağlı işlərin araşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsıb: "Digər dövlət orqanları da iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayarsa da, dərhal materialları vergi orqanlarına göndərməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır. Qanunun aliliyi təmin edilməli və mülkiyyəri qoruyan güclü məhkəmələr olmalıdır".

Seçilən
54
report.az

1Mənbələr