AZ

Toyda güllələndilər, eyni məzarlıqda dəfn edildilər

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin Siirt bölgəsi, Kurtaran əyalətində keçirilən toy mərasimi faciə ilə nəticələnib.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, toya gələn Əziz Asma halay rəqsi edən Adnan Pekgözə tapançadan bir neçə dəfə atəş açıb. Atəş təkcə Pekgözə tuş gəlməyib, həmçinin onun uşaqlıq dostları Oruç Eviz, Bünyamin Pektaş da yaralanıblar. Atəş açdıqdan sonra Əziz Asma hadisə yerindən qaçıb. Hadisə yerinə təcili yardım çağırılıb, polis əməkdaşları gəlib. Təcli yardım yaralıları xəstəxanaya çatdırsa da, onları xilas etmək mümkün olmayıb. 8 yaşlı Bünyamin Pektaşdan sonra, 19 yaşlı Oruç Eviz də müalicə aldığı xəstəxanada həyatını itirib. Eviz və Pektaşın uşaqlıq dostu olan Adnan Pekgöz də 4 gün sonra xəstəxanada həyatını itirib. Şadlıq sarayının təhlükəsizlik kamerasına düşən hücumdan sonra yaxalanan Əziz Əsma məhkəmədə həbs edilib. Dostların 3-ü də eyni məzarlıqda - rayonun Qarabağlar qəsəbəsindəki ailə qəbiristanlığında dəfn ediliblər.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sherg.az

1Mənbələr