AZ

"Napoli" "Yuventus"un futbolçusu üçün 25 milyon ödəyəcək

"Yuventus"un mərkəz müdafiəçisi Federiko Qatti "Napoli"nin transfer hədəfi olaraq qalır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

“Napoli” bu yay Qatti üçün 25 milyon avro təklif etməyə hazırdır. "Qoca sinyora" isə futbolçu ilə ayrılmağı planlaşdırmır. Tərəflər yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, neapolluların daha əvvəl də 26 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.

Federiko Qatti son mövsümdə Turin klubunda 42 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Alvarez müəyyən şərtlərlə "Atletiko"dan ayrıla bilər

Argentina millisinin üzvü "Milan"ın radarına düşüb

"Çelsi" gənc müdafiəçi üçün "Arsenal"la mübarizə aparır

"Yuventus" amerikalı futbolçusunu komandada saxlayacaq

“Olimpiakos”un forvardı Premyer Liqada - RƏSMİ

Seçilən
32
1
apasport.az

2Mənbələr