AZ

“Qızıl top” mükafatına namizədlərin siyahısı - Tarix açıqlandı

BAKI, 13 iyun. TELEQRAF

2025-ci ilin “Qızıl top” mükafatına namizədlər avqustun 7-də açıqlanacaq.

Teleqraf xəbər verir ki, həmin gün bütün mükafatlar üzrə namizədlərin siyahısı ictimaiyyətə təqdim olunacaq.

Bu siyahıya “Qızıl top”a iddialı olan 30 kişi və 30 qadın futbolçu, eləcə də aşağıdakı nominasiyalar üzrə namizədlər daxil olacaq:

- Kopa mükafatı (21 yaşadək ən yaxşı oyunçu),

- Yaşin mükafatı (ən yaxşı qapıçı),

- Kroyff mükafatı (ən yaxşı baş məşqçi),

- Herd Müller mükafatı (ən yaxşı bombardir).

Təntənəli mükafatlandırma mərasimi sentyabrın 22-də Fransanın paytaxtı Parisdəki "Şatle" teatrında olacaq.

Bu il ilk dəfə bütün fərdi mükafatlar həm kişilər, həm də qadınlar arasında təqdim ediləcək. Ənənəvi olaraq oktyabrda keçirilən mərasim bu dəfə bir ay önə çəkilib. Bu dəyişiklik fərdi futbol mükafatlarında tam gender bərabərliyinə doğru atılan mühüm addım kimi dəyərləndirilir.

Seçilən
2
teleqraf.com

1Mənbələr