AZ

Azərbaycanın millilərinin Avropa Liqasının növbəti turu üçün oyun cədvəli açıqlandı

BAKI, 13 iyun. TELEQRAF

Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət milli komandalarının Avropa Liqasının növbəti turu üçün oyun cədvəli açıqlanıb.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.

Xorvatiyanın Zadar şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində start götürəcək.

Oyun cədvəlləri

Avropa Qızıl Liqası (Qadınlar)

III tur (Xorvatiya)

13 iyun

16:30. Azərbaycan - Xorvatiya

14 iyun

16:30. Rumıniya - Azərbaycan

15 iyun

16:30. Xorvatiya - Rumıniya

Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Avropa Gümüş Liqası (Kişilər)

II tur (Azərbaycan)

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

14 iyun

18:00. Macarıstan - Lüksemburq

15 iyun

18:00. Azərbaycan - Macarıstan

GİN-in Voleybol Mərkəzi

Seçilən
34
teleqraf.com

1Mənbələr