AZ

TDT-yə üzv ölkələrin onkoloji strategiyası formalaşdırılacaq

Türk dövlətlərində ağciyər və süd vəzi xərçəngi daha geniş yayılıb.

“Report” xəbər verir ki, bunu Avrasiya Klinik Onkologiya Cəmiyyətinin rəhbəri Hilmi Kodaz jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən tədbir çərçivəsində Türk dünyasında xərçəng xəstəliyi ilə mübarizə aparan həkimlər bir araya gəlib:

“Xərçəngin erkən diaqnostikası, profilaktikası və müalicəsi üzrə ortaq əməkdaşlıq imkanları müzakirə olunacaq. Burada birgə "yol xəritəsi" hazırlanacaq və bunun əsasında müxtəlif komissiyalar yaradılacaq. Həmin komissiyalar da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloji strategiyasını formalaşdıracaqlar”.

Seçilən
36
report.az

1Mənbələr