AZ

“İnter” danimarkalı hücumçunu istəyir

“İnter” “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı danimarkalı yay transfer pəncərəsində hücumu gücləndirmək üçün Milan klubunun əsas transfer hədəfidir.

2024/25 mövsümündə danimarkalı bütün yarışlarda 52 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Transfermarkt portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
37
1
idmanxeber.az

2Mənbələr