AZ

Füzuli Məmmədov Mingəçevir rəhbərliyinin qərarı ilə razılaşmır

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mingəçevir"də sular yenə bulanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərliklə baş məşqçi Füzuli Məmmədov arasında fikir ayrılığı yaşanır.

Kluba yaxın mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, klubun sponsoru olan ASTA şirkəti növbəti mövsüm üçün büdcəni azaltmaq istəyir. Bu isə baş məşqçinin ürəyincə deyil. Füzuli bəy iddialı, Premyer Liqaya vəsiqə uğrunda mübarizə apara biləcək kollektiv formalaşdırmaq niyyətindədir. Bu üzdən rəhbərliyin büdcə ilə bağlı qərarına etiraz edir. 

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Məmmədov rəsmilərə "mən bura gün keçirməyə, boş yerə maaş almağa gəlməmişəm. Hədəfi və məqsədi olan komandanı çalışdırmaq istəyirəm" söyləyrək, büdcənin azaldılmasına narazılığını bildirib.   

Qeyd edək ki, Füzuli Məmmədov qışda "Mingəçevir"in "sükanı arxasına" keçib. Komanda onun rəhbərliyi altında mövsümü 4-cü pillədə başa vurub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
sport24.az

2Mənbələr