Xanlaryan deyib ki, onun məlumatına görə, artıq 100-dən çox İran PUA-sı İsrail istiqamətinə göndərilib. O, İsrailin bu hücumla ABŞ-İran danışıqlarının altıncı raundunu pozmaq istədiyini və buna nail olduğunu bildirib.
"Danışıqlar baş tutmayacaq. Çünki vəziyyət kifayət qədər mürəkkəbdir. Bölgədə genişmiqyaslı müharibə ehtimalı yüksəkdir. Əgər ABŞ İsraili cilovlamasa, bütün region, o cümlədən Cənubi Qafqaz ciddi təhlükə altına düşə bilər," - deyə Xanlaryan vurğulayıb.
İranın cavabı barədə danışan keçmiş deputat bildirib: "Cavab mütləq olacaq və bu səhərki zərbədən daha sərt olacaq."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31