İsrailin İran ərazisinə endirdiyi hava zərbələrindən sonra İran hökuməti BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili toplantısının çağırılmasını istəyib.
Bu barədə "İRNA" xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İran beynəlxalq ictimaiyyəti bu aqressiyanı və qlobal sülhə, təhlükəsizliyə yaranmış təhdidləri müzakirə etməyə çağırıb.
Rəsmi Tehran həmçinin İsrailin tam və effektiv məsuliyyətə cəlb olunmasını tələb edib.