AZ

ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

BAKI, 13 iyun. TELEQRAF

Sərnişin tələbatını təmin etmək məqsədilə 16 iyun tarixində Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Məlumat görə, Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya olan reys isə 19:00-da hərəkət edəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Seçilən
3
teleqraf.com

1Mənbələr