“İnter” yarımmüdafiəçi Hakan Çalhanoğlu üçün heç bir təklif almayıb.
İdmanxeber.az-ın məlumatına görə, kluba “Qalatasaray”dan da heç bir müraciət olmayıb. Daha əvvəl Türkiyə mətbuatı İstanbul klubunun 31 yaşlı futbolçu ilə maraqlandığını yazmışdı.
Çalhanoğlu 2024/25 mövsümündə “İnter”in heyətində bütün yarışlarda 47 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Transfermarkt portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.