“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Olimpiakos”dan Xalarampos Kostulası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə klubu yunan futbolçu üçün 30 milyon funt-sterlinq ödəyəcək.
Xaralampos başa çatan mövsümdə 37 oyunda 12 qol vurub.