Hosseyninin sözlərinə görə, İsrail bu hücumla ABŞ-ni də münaqişəyə cəlb edərək İran problemini Vaşinqtonun əli ilə həll etmək istəyir. "Bu, Netanyahunun planıdır. Halbuki Tramp bir gün öncə nüvə proqramı ilə bağlı siyasi həllin tərəfdarı olduğunu və İİR-lə danışıqların aparılmasını tapşırdığını açıqlamışdı," - deyə o bildirib.
Ekspert İsrailin bu hücumu ABŞ-siz həyata keçirə bilməyəcəyini deyib: "Trampın gecə saatlarında diplomatik açıqlamasından bir neçə saat sonra hücum baş verdi. Bu təsadüfi ola bilməz."
Bölgədə genişmiqyaslı müharibənin mümkünlüyünə toxunan Hosseyni bildirib ki, bu, ABŞ-nin mövqeyindən asılı olacaq: "Əgər ABŞ İsraili dəstəkləyərsə və birgə hücumlar başlasa, bölgə müharibəyə sürüklənəcək."
O qeyd edib ki, İran son günlərdə İsrailə dair geniş kəşfiyyat məlumatları əldə edib və bu da cavab zərbələrinin hədəf seçiminə ciddi təsir edəcək.