AZ

Yediyimiz qidalar psixologiyamıza necə təsir edir?

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gündəlik qidalanmamız təkcə bədən sağlamlığımıza deyil, psixoloji vəziyyətimizə də birbaşa təsir göstərir. Mütəxəssislər bildirir ki, bəzi qidalar əhvalı yaxşılaşdırır, digərləri isə depressiya və narahatlıq hissini gücləndirə bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, insan beynində "xoşbəxtlik hormonu" kimi tanınan serotonin hormonunun 90 faizi məhz bağırsaqlarda istehsal olunur. Bu səbəbdən qəbul etdiyimiz qidalar beyindəki kimyəvi tarazlığa birbaşa təsir edir.

Ən çox tövsiyə olunan məhsullar arasında qoz, badam, avokado, banan və qara şokolad yer alır. Bu qidalar serotonin və dopamin səviyyəsini artıraraq rahatlıq və məmnunluq hissi yaradır.

Yağlı balıqlar (somon, skumbriya və s.) omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin fəaliyyətini yaxşılaşdırır və depressiya riskini azaldır.

Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kahı və s.), B qrupu vitaminləri ilə zəngin olduğundan əsəb sistemini gücləndirir və stresin qarşısını alır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qənnadı məhsulları, qazlı içkilər və fast-food kimi emal olunmuş məhsullar isə beyində iltihabi reaksiyaları artıraraq əhvalda enişə səbəb ola bilər. Bu cür qidaların tez-tez qəbulu yuxu pozuntusu, əsəbilik və diqqət dağınıqlığı ilə nəticələnə bilər.

Şəkərin miqdarı yüksək olan məhsullar əvvəlcə enerji versə də, qısa müddət sonra yorğunluq və əhval düşkünlüyü yaradır. Kofein də normadan artıq qəbul edildikdə narahatlıq və yuxusuzluq riskini artırır.

Psixoloji sağlamlığı qorumaq üçün balanslı və təbii məhsullarla zəngin qidalanmaq tövsiyə olunur. Eyni zamanda, gün ərzində kifayət qədər su içmək, nizamlı yuxu və fiziki aktivlik də əhvalın sabit qalmasında mühüm rol oynayır.

Qidalanma təkcə bədənə deyil, beyinə də "yanacaq" verir. Ona görə də nə yediyimiz, necə düşündüyümüzə və hiss etdiyimizə təsir edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
2
baku.ws

3Mənbələr