AZ

Altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub

Bu gecə İsrail İran ərazisinə böyük zərbə endirib. İDF-nin hədəflərindən biri Natanz nüvə obyekti olub...

Poliqon İranın “Nour News” Agentliyinə istinadən xəbər verir ki, nəticədə azı altı iranlı nüvə alimi həlak olub...

“Abdolhamid Minuchehr, Əhmədrza Zülfikari, Əmirhüseyn Fəxri, Mətləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi öldürülüb”, deyə deyə agentlik məlumat yayıb.

Nəşr qeyd edir ki, onların adları İranın “elm şəhidləri” siyahısına əlavə olunacaq. Nour News qeyd edir ki, İsrailin zərbələri ölkənin elmi-texniki tərəqqini dayandırmaq cəhdi hesab olunacaq.

Qeyd edək ki, İsrailin hava əməliyyatı Bakı vaxtı ilə saat 3:00 radələrində başlayıb. Zərbə zamanı iranlı alimlərlə yanaşı, SEPAH komandiri Hüseyn Salami və Baş Qərargah rəisi Məhəmməd Baqiri də həlak olub. ISNA-nın məlumatına görə, bir mülki şəxs həlak olub, 24 nəfər yaralanıb.

Poliqon.info

Seçilən
70
1
poliqon.info

2Mənbələr