“Sevilya”nın yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Matias Almeydaya tapşırılıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanacaq.
Almeyda daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, Yunanıstanda AEK-də işləyib.
“Sevilya” La Liqanı 17-ci sırada bitirib.