Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparılarkən insan sümüyünə bənzər fraqmentlər aşkarlanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt üzrə müvafiq prosessual tədbirlər həyata keçirilir.