AZ

Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb

İsrailin bir gecədə İrana endirdiyi kütləvi raket zərbəsi nəticəsində azı altı aparıcı nüvə alimi həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Ölənlər arasında universitetlərdən birinin prezidenti Məhəmməd-Mehdi Tehrançi, həmçinin İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi də var.

Bundan əlavə, zərbə zamanı İran rejiminin silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri, SEPAH komandiri Hüseyn Səlami və fövqəladə hallar komandanlığının rəhbəri Qulam Əli Rəşid də həlak olub.

Seçilən
26
publika.az

1Mənbələr