AZ

Xameneyi İran ordusuna əmr verdi

“İsrailin hücumlarına əsasən İranın hərbi qulluqçuları, komandirlər, elm adamları və mülki insanlar məruz qalıb”.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran ordusunun baş komandanı general-mayor Əbdülrəhim Musəvi deyib. General İsraildən qisasın alınacağını bildirib.“Ali baş komandan (Əli Xamenyi) tərəfindən Silahlı Qüvvələrə bu cinayəti törədənlərə ağır cəza vermək əmri verib və şəhidlərin qanı yerdə qalmayacaq”, - general bildirib.Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.

Seçilən
27
5
metbuat.az

10Mənbələr