Gənc türk aktyor Yezdan Kayacan 34 yaşında faciəvi şəkildə həyatını itirib
OLAY yazır ki, o, Kastamonuda yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. 34 yaşlı sənətçinin nadir bir immun sistem xəstəliyi ilə mübarizə apardığı bildirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Kayacanın qəfil ölümü sənət icmasında da dərin kədər yaradıb. Aktrisa Hazal Kaya sosial media hesabında duyğusal bir paylaşım edərək dostuna vida sözlərini çatdırıb.
Hazal Kaya paylaşımında bunları qeyd edib:
“Gözümün önünə 9 yaşın gəlir. Mən məktəbə sonradan gəlmişdim, sən isə o böyük təbəssümünlə mənə sahib çıxmışdın. O gözəl ruhun bu dünyaya sığmadı, haqlısan bəlkə də... Hüzurla yat...”
Qeyd edək ki, Yezdan Kayacan teatr səhnəsindəki istedadı və enerjisi ilə tanınırdı. Onun vaxtsız və faciəvi ölümü sənətsevərlər tərəfindən də böyük hüznlə qarşılanıb.

