AZ

Rabitə sektorunda maaşlar - 2400 MANATA YAXINLAŞIR

Bu ilin yanvar-mart aylarında rabitə sektorunda orta aylıq nominal əmək haqqı 2 396,3 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə bu göstərici 219,2 manat (10,1%) artıb.

Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 2 177,1 manat olmuşdu.

Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1 463,1 manat təşkil edib. Bu, illik müqayisədə 134,6 manat (10,1%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 1328,5 manat idi.

Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 3 582,9 manat olub. İllik müqayisədə 407,1 manat (12,8%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 3 175,8 manat təşkil etmişdi.

Seçilən
15
1
fed.az

2Mənbələr