Vakı. Trend:
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinonkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciətünvanlayıb.
Trend xəbərverir ki, müraciətdə deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının BirinciKonqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə siziürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcibfəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıqproblemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilkbelə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi iləqarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illərərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə veriləndəyərin xüsusi ifadəsi hesab edirəm.
Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicəüsulları üçün kifayət qədər geniş imkanlar yaradan zənginmaddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialınamalikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətliinkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcılicra olunur.
Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfliəməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədənölkələrimizin birgə faydalanmalarının və problemlərin həllindəortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.
Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmişqabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasındabirlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrinTürk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumlarıqarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatəetməsi təqdirə layiqdir.
İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcudmüalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsiniverəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlıfəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir".