Milli Məclisin deputatı Qaya Məmmədov iyunun 15-də Latviya Respublikasının Riqa şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, millət vəkili, Azərbaycan Respublikasının Latviyadakı səfirliyi ilə “Şimali Avropa Siyasəti Mərkəzi” adlı beyin mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “Azərbaycanda mina fəaliyyəti: prioritetlər və çağırışlar” mövzusunda dəyirmi masada və ikitərəfli görüşlərdə iştirak edəcək.
Səfər iyunun 17-də başa çatacaq.
Süleyman