Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Metbuat.az-ın məlumatına görə, direktor vəzifəsinin səlahiyyətləri Nurlana Qasımovaya həvalə edilib. O, həmin 13 ildir məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Qeyd edək ki, məktəbin keçmiş direktoru Tofiqə Məmmədova olub. Sevinc İbrahimzadə / Metbuat.az