AZ

PSJ ukraynalı futbolçu ilə razılığa gəldi

PSJ İngiltərənin “Bornmut” klubunun müdafiəçisi İlya Zabarnını transfer edir. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib:

“İlya Zabarnının “Bornmut”dan PSJ-yə keçidi çox yaxın oldu. Artıq futbolçu Paris klubu ilə şəxsi müqaviləsinin detallarını müəyyənləşdirib.”

Müqavilənin 2030-cu ilə qədər olması nəzərdə tutulub.

22 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyun keçirib.

 

 

Seçilən
13
msport.az

1Mənbələr