AZ

Pezeşkianın ofisi: İsrail şirin quyruğunu tapdaladı

BAKI, 13 iyun. TELEQRAF

“İranla müharibəyə başlamaq İsrail üçün ağır nəticələrə səbəb olacaq. Bu, şirin quyruğunu tapdalamaq kimi cəsarətsiz və məsuliyyətsiz bir addımdır.

Teleqraf-ın xəbərinə görə bu barədə Prezident Məsud Pezeşkianın ofisinin yaydığı rəsmi bəyanatda deyilir.

“İranla müharibəyə başlamaq İsrail üçün ağır nəticələrə səbəb olacaq. Bu, şirin quyruğunu tapdalamaq kimi cəsarətsiz və məsuliyyətsiz bir addımdır. Nüvə danışıqlarının davam etdiyi bir vaxtda həyata keçirilən bu qorxaq hücum rejimin İranın gücümüzdən dərin narahatlığının göstərir. Son iki yüz ildə İran xalqı heç vaxt müharibəni başlatmayıb, lakin vətənini müdafiə etməkdə qətiyyətli olub və bundan sonra da belə olacaq.”

Bəyanatda İsrailin İranın səmasında törətdiyi hava hücumları və yüksək rütbəli iranlı generalların sui-qəsdi sərt tənqid edilir: “İsrail rejiminin bu hərəkətləri onun terrorçu mahiyyətini bir daha ifşa edib. Tel-Əvivin İran xalqı ilə hökuməti fərqləndirmək cəhdləri tamamilə sünidir. Mövcud hücum İran xalqının qanına susamış qanlı rejimin fəaliyyətidir.”

Bəyanatda sionist rejimin yalnız güc və zorakılıq dilini başa düşdüyü biləcəyi və İranın hər bir şəhidinin qanının qisasını almaqda qətiyyətli olduğu qeyd edilir.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr