AZ

ABŞ dövlət katibi Rubio: Biz İrana hücumlarda iştirak etmirik

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio deyib ki, bu gecə İsrail İrana qarşı birtərəfli addım atdı.

Bizimyol.info xəbər verir ki, Rubio İsrailin İrana hücumundan sonra yazılı açıqlama verib.

Rubio ölkəsinin hücumda iştirak etmədiyini bildirib: "Bu gecə İsrail İrana qarşı birtərəfli addım atdı. Biz İrana hücumlarda iştirak etmirik və bizim əsas prioritetimiz regiondakı Amerika qüvvələrini qorumaqdır", - deyə qeyd edib.

Rubio deyib ki, İsrail hücumdan əvvəl ABŞ-ı məlumatlandırıb və bu addımı “özünün qanuni müdafiəsi” üçün atıb.

Rubio, ABŞ administrasiyasının prezident Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrini qorumaq üçün bütün lazımi addımları atdığını və regional tərəfdaşları ilə təmasda olduqlarını qeyd edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Rubio bəyanatını ölkəsinin hücumla heç bir əlaqəsi olmadığını təkrarlayaraq bitirib və Tehrana ABŞ-ın bölgədəki varlığını hədəf almaması ilə bağlı xəbərdarlıq edib və deyib: “Açıq deyim: İran ABŞ-ın maraqlarını və ya personalını hədəf almamalıdır”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
bizimyol.info

2Mənbələr