AZ

QHT sədri: “Genişmiqyaslı təqaüd artımları sosial rifahın yüksəlməsinə təsir edir”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında genişmiqyaslı təqaüd artımları haqqında danışıb.

İqtisadçı-ekspert Eyyub Kərimli genişmiqyaslı təqaüd artımlarının əhalinin müxtəlif sosial həssas təbəqələrini əhatə etdiyini və bu artımların həmin şəxslərin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. O, təqaüd artımlarının həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətini qeyd edib:

"Ölkə başçısının ölkəmizin sosial siyasətinin daha da prioritet olması və daim diqqətli olmasının bariz nümunəsidir. Sözsüz ki, hər bir təqaüdün, minimum müavinətlərin və pensiyaların müəyyən artımının iqtisadiyyata da müsbət təsirləri var. Bu, müəyyən tələb yaradır və iqtisadi dinamika yaradır. Beləliklə, iqtisadiyyata əlavə vəsaitin daxil olması təmin edilir ki, bu da iqtisadi aktivliyi müsbət təsir edir. Daha böyük tələbin artmasına da müəyyən şərait yaradır. Bu baxımdan, bu cür artımlar həm iqtisadi, həm də sosial baxımdan önəmlidir. Hazırda bəzi artımları müşahidə edəndə 16 faizədək artım müşahidə olunur ki, bu da sözsüz ki, önəmli bir addımdır. Bu cür həssas əhali təbəqəsinə olan önəmli artımlar, bir daha vətəndaş rifahının və sosial rifahın ölkə başçısının bilavasitə diqqətində olmasının bariz nümunəsidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
29
qht.az

1Mənbələr