AZ

İsrail İrandan mümkün cavab hücumuna hazırlaşır – xəstəxanalar yeraltı palatalarla təchiz olunur

İsrail hakimiyyəti İrandan mümkün cavab hücumuna qarşı ölkə daxilində fövqəladə hazırlıq tədbirlərini gücləndirir.

Musavat.com xəbər verir ki, bir sıra xəstəxanalarda yaralıların qəbuluna hazır olmaq üçün yeraltı sığınacaq tipli palatalar hazırlanır.

Yayılan görüntülərdə həkim və tibb personalı yeraltı sahələrdə çarpayılar qurur, tibbi avadanlıqlar yerləşdirir və təcili yardım şəraiti yaradır. Bu addımlar mümkün raket və dron hücumları zamanı xəstəxanaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Rəsmilər bildirirlər ki, bu tədbirlər ehtiyat xarakteri daşıyır və mülki əhalinin müdafiəsini prioritet sayan strategiyanın bir hissəsidir. İsrailin səhiyyə sistemi hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərir və əlavə resurslar səfərbər edilib.

İran tərəfinin cavab tədbirləri ilə bağlı konkret açıqlama verilməsə də, Tehrandan gələn bəyanatlar sərt cavabın istisna olunmadığını göstərir. İsrail isə mümkün hərbi eskalasiyaya qarşı bütün sahələrdə hazırlıqlarını davam etdirir.



Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr