
İran, İraq və İsrailin hava məkanında uçuşlara, o cümlədən Moskva, Sankt-Peterburq, Kazan və Mahaçqaladan uçan təyyarələrə məhdudiyyətlərin tətbiqi ilə əlaqədar bir sıra aviaşirkətlərin 10-dan çox təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) isə məlumat yayaraq Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan aşağıdakı reyslərin ləğv edildiyini bildirib:
- Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
- Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
- Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)