ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumundan sonra yazılı açıqlama verib.
Operativ Media xəbər verir kiŞ bu,barədə CNN məlumat yayıb.
Ölkəsinin hücumda iştirak etmədiyini bildirən Rubio bildirib: "İsrail bu gecə İrana qarşı təktərəfli hərəkətə keçdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik və bizim ən böyük prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır" .
Rubio İsrailin hücumdan əvvəl ABŞ-ni məlumatlandırdığını və bu addımı öz qanuni müdafiəsi üçün atdıqlarını bildirib.