AZ

İçib yolda uzandı - Maşın üstündən keçdi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 11-də paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Müslüm Maqomayev küçəsində qeydə alınıb. 

Belə ki, Nadirov Vüqar Fərrux oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən sərxoş halda asfaltda uzanmış piyada İsmayılov Famil Əlihüseyn oğlunun üzərindən keçib.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
17
11
qafqazinfo.az

10Mənbələr