BAKI, 12 iyun. TELEQRAF
Neft qiymətləri son beş ayın ən yüksək həddinə çatıb.
Teleqraf xəbər verir ki, Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 8.98% artaraq 75.59 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 9.31% artaraq 74.37 dollar təşkil edib.