İsrailin İrana hava hücumundan sonra “qara qızıl”ın qiyməti kəskin artıb.
Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28% bahalaşaraq 1 barel üçün 73,35 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.
Bundan əlavə, Asiya indeksləri kimi ABŞ indeksləri də dəyər itirməyə başlayıb. İsveçrə frankı və qızılın isə qiymətləri yüksəlir.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib.
Bizim.Media