AZ

“Tesla” Romada avtonom idarəetməni sınaqlarına başlayıb

Roma, 13 iyun, AZƏRTAC

“Tesla” avtomobil şirkəti İtaliyanın paytaxtı Romada avtonom idarəetmənin sınaqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, Romanın mərkəzi küçələrində avtonom idarəetmə sınağı keçirmək şirkətin qlobal planının bir hissəsidir.

Şirkət hazırda Avropada yaxın dövrlərdə istifadəyə verilməsi nəzərdə tutulan tam “self-driving” funksiyasını sınaqdan keçirir. Bu funksiya avtomobilin şəhər mühitində təhlükəsiz şəkildə necə naviqasiya etdiyini, yaxınlıqdakı nəqliyyat vasitələri və motosikletlərə necə reaksiya verdiyini, digər yol istifadəçiləri ilə əlaqə saxladığını və qüsursuz sərnişin təcrübəsini təmin etdiyini göstərir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
28
2
azertag.az

3Mənbələr