12.06.2025-ci il tarixində saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Memar Əcəmi metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
APA xəbər verir ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hadisə yerində 58 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***
02:54
Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında 205 nömrəli avtobus ilə “Renault” markalı avtomobil toqquşub.
APA xəbər verir ki, avtomobil sürücüsünün vəziyyəti ağırdır.
Əraziyə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.
Hadisə səbəbi ilə yol bağlanıb. Maşınların hərəkətinə məhdudiyyət qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov