AZ

İsrail İranı bombalayır – SEPAH komandiri ölüb

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına qarşı yönəlmiş “Aslan qalxması” əməliyyatının başladığını açıqlayıb.

Herbiand.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bu hərəkətləri “qabaqlayıcı zərbə” adlandırıb və həmvətənlərinə Tehrandan mümkün cavab hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

İran mediasının məlumatına görə, paytaxt da daxil olmaqla, ölkənin bir neçə şəhərində partlayış səsləri eşidilib.

“Reuters”-in verdiyi məlumata görə, zərbələrin mümkün qurbanları arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri də var. İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, SEPAH komandiri Hüseyn Səlami də öldürülüb.

Seçilən
43
herbiand.az

1Mənbələr