AZ

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İrana hava zərbələri endirməklə yanaşı, İsrail İslam Respublikası ərazisində raket və hava hücumundan müdafiə obyektlərinə qarşı bir sıra təxribat əməliyyatları həyata keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" internet portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun İsrail rəsmiləri arasından olan mənbəsinə görə, yəhudi dövlətinin kəşfiyyat xidməti Mossad "İranın dərinliklərində bir sıra gizli təxribat əməliyyatları həyata keçirib".

“Bu əməliyyatların məqsədi İranın strateji raket bazalarına və hava hücumundan müdafiə sistemlərinə ziyan vurmaq olub”, – deyə jurnalist qeyd edib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edilir ki, İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana “önləyici zərbə” endirdiyini bildirib və ölkə sakinlərinə İran tərəfinin qaçılmaz cavab hücumu ehtimalı barədə xəbərdarlıq edib. Bununla əlaqədar o, ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə göstəriş verib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr