AZ

Kelloq: ABŞ döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyir

ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün döyüş əməliyyatlarının cəbhə xəttində dayandırılmasını istəyir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Brüsseldə keçirilən Alman Marşall Fondunun forumunda bildirib.

“Biz döyüşlərin hazırkı mövqelərdə dayandırılmasına nail olmaq istəyirik. Kim haradadırsa, həmin ərazi onun nəzarətində qalacaq. Bu, hüquqi tanınma deyil, de-fakto vəziyyətdir. Daha sonra uşaqların və əsirlərin geri qaytarılması, eləcə də təkcə Ukrayna üçün deyil, Avropa üçün də əlverişli olan sabit atəşkəs reallaşdırılmalıdır,” – Kelloq bildirib.

Seçilən
71
1
apa.az

2Mənbələr